Röya toylara niyə fata ilə gedir?
    • 4-10-2022, 11:54
    • 337

Röya toylara niyə fata ilə gedir?

Xalq artisti Röya Ayxan bir neçə gündür toylara fata ilə getməsinə aydınlıq gətirib.

News24.az "Olay"-a istinadən xəbər verir ki,  bu barədə sənətçi “7 canlı” proqramında qonaq olarkən danışıb.  

Müğənni qeyd edib ki, yeni təqdim olunan “Dəli kimi” mahnısının ab-havasına uyğun olaraq belə bir addım atır:

“Hətta gəlinlər Elnurdan (Stilist Elnur Həsənov) soruşurlar ki, dünənki toyda fata taxmışdı, görəsən, bizə də fatada gələcək? Dedim, onlara söylə ki, hələ bir il fata taxacaq. Yeni mahnı çıxana qədər toyda fatadan istifadə edəcəm”.