-
- 4-10-2022, 12:29
- 267
Bakıdan İrəvan qarşısında YENİ TƏLƏB - Ermənilərə verilən vaxt kəsildi
"Ermənistan hakimiyyəti Cənubi Qafqazda Azərbaycana yönəlik siyasətində baş verən proseslərə beynəlxalq don geyindirmək niyyətini davam etdirir".
News24.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşündə də öz mövqeyini kəskin şəkildə irəli sürüb:
"Birinci Qarabağ müharibəsində də məsələni dini zəminə çəkmək istəyən İrəvan rəhbərliyi bu istiqamətdə çoxsaylı cəhdlər etdi və anoloji addımları biz İkinci Qarabağ müharibəsində də gördük, Ermənistan hazırda da postmünaqişə dövründə Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artırılması siyasətini əldə rəhbər tutur.
Müxtəlif güc mərkəzlərinin erməni lobbisinin təsiri altına salınması və rəsmi şəxslərin ələ alınması prosesi həyata keçirilir və bunun nəticəsidir ki, müxtəlif sosial şəbəkə hesablarında rəsmilər Azərbaycana yönəlik bəzi çağırışlar edirlər.
Beynəlxalq güclərin dəstəyinə arxalanan rəsmi İrəvan özü üçün siyasi dividentlər qazanmağa çalışır. Eyni zamanda Ermənistan həm də üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır, sülh müqaviləsinin imzalanması prosesini uzadır və hər zaman diplomatik-siyasi müstəvidə hər hansısa bir təmas yaranırsa, mühüm görüş həyata keçirilirsə, ardınca Azərbaycanın mövqeləri atəşə tutulur.
Ermənistan tərəfi Kəlbəcər və Tovuzu yenidən atəşə tutmaqla öz sülhdən yayınmaq məqsədini də nümayiş etdirir. Düşünürəm ki, bu qəbulolunmaz yanaşmadır və Ermənistan öz məqsədlərini, ikili oyununu hər vəchlə nümayiş etdirməkdə davam edir. Lakin Azərbaycanın Ermənistanı sülhə məcbur etmək siyasəti daha prinsipiallığı ilə seçilir. Azərbaycan təhlükəsizliyini qorumaq üçün müvafiq tədbirlər həyata keçirməklə yanaşı, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, kommunikasiya xəttlərinin açılması, sərhədlərin delimitasiyası prosesini önə çəkir.
Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı da delimitasiya komissiyasının işinin noyabr ayından oktyabra keçirilməsi ilə bağlı rəsmi Bakı təklif irəli sürdü və düşünürəm ki, bu təklif Ermənistan tərəfindən qəbul olunmalıdır. Əgər Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşməsi, onların delimitasiyası-demarkasiyası işində maraqlıdırsa və Azərbaycana qarşı böhtan kompansiyasına son qoymaq niyyəti güdürsə, onda bu komissiyanın işində düzgün yanaşmalı və komissiyanın işini ləngitməməlidir.
Eyni zamanda qeyd etmək lazımdır ki, müxtəlif mənbələrin qeyd etdiyinə görə, Azərbaycan həm də danışıqlar prosesində öz mövqeyini kəskin şəkildə irəli sürüb və burada Azərbaycana qarşı ərazi iddialarına son qoymaq, Qarabağın Azərbaycanın tərkib hissəsi və yuridiksiyası altında formalaşması üçün yekun mövqe nümayiş etdirilib.
Regionun hərbisizləşdirilməsi ən önəmli prearitetdir. Fikrimcə, məhz bu xüsuslar çərçivəsində danışıqlar prosesi öz məntiqli nəticəsini tapmalı və Azərbaycanın irəli sürdüyü 5 prinsip sülh müqaviləsinə çevrilməlidir".