-
- 4-10-2022, 17:44
- 389
Gedişhaqqının artırılması tələbi əsaslıdırmı? - Ekspertdən AÇIQLAMA
Sərnişindaşıma şirkətləri gediş haqqının artırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edib. Daşıyıcı şirkətlər pandemiyanın onları çıxılmaz vəziyyətə salmasından narazıdır. Yanacağın qiymətinin artması, ehtiyat hissələrinin 2-3 dəfə baha qiymətə satılması, pandemiya zamanı sərnişin azlığı şirkətlərin xeyli gəlir itirməsinə səbəb olub. Daşıyıcı şirkətlər deyir ki, 30 qəpiyə sərnişin daşımaq onlara sərf etmir. Bu səbəbdən gediş haqqının artırılmasını istəyirlər
Bəs, sərnişindaşıma şirkətlərinin narazılığı nə dərəcədə əsaslıdır? Vəziyyətdən çıxış yolu yalnız ictimai nəqliyyatda gediş haqqının artırılmasıdırmı?
Bu haqda News24.az-a danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, Azərbaycanda nəqliyyatın idarəetməsinin mərkəzləşdirilməsinə və eyni məntiqlə çərçivəyə salınmasına ehtiyac var: “Bu gün pərakəndəlik var. Hətta zaman-zaman dövlətin ayırdığı subsidiyaların daşıyıcı şirkətlərə çatmadığının şahidi oluruq. Bu yaxınlarda bilindi ki, pandemiya dövründə 280 milyon manat ayrılıb, lakin sərnişindaşıma ilə məşğul olan şirkətlərə bu məbləğdən 1 qəpik belə çatmayıb. Mərkəzləşdirilmiş qaydada idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq.
"Yeganə çıxış yolu gedişhaqqının artırılmasıdır" fikri yanlışdır. Qiymət differensial olmalıdır. Məsələn, günlük, həftəlik, aylıq, yaxud illik abunəliyə keçid imkanı yaradılmalıdır. Günlük və ya bir dəfəlik gediş qiyməti qalxa bilər. Lakin müddətli (6 aylıq, 1 illik) bilet üçün ucuz gediş haqqının tətbiq olunmasına ehtiyac var. Ən idealı isə nəqliyyat sisteminin seçilmiş bələdiyyələr tərəfindən idarə olunmasıdır. “BakuBus”la bağlı problem ondan ibarətdir ki, bir sərnişinin daşınmasında maya dəyərinin hesablanması qaydası olmalıdır. Yanacaq sərfiyyatı, maaşlar, texniki məsələlər həllini tapmalıdır. Onlar avtobusun xərclərini belə gediş haqqının üzərinə gəlirlər. Bu isə doğru deyil. Çünki “BakuBus” avtobusları dövlət hesabına alınıb. Qiymət artımı gözləniləndir. Amma bunun yanvar ayından tez olacağını güman etmirəm. Belə olan halda, yanvara kimi avtobusları necə saxlaya bilərlər? Buna görə də paralel olaraq idarəetmə problemlərini həll etmək lazımdır".
Qumral ƏLİYEVA