Restoranda 35 min manatlıq OĞURLUQ
    • 5-10-2022, 11:25
    • 187

Restoranda 35 min manatlıq OĞURLUQ

Bakıda restorandan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, fəaliyyət göstərməyən bir restorandan 35.000 manat dəyərində 2 ədəd kondisioner, 32 ədəd qapı, 33 ədəd pəncərə, xalça və elektrik naqili oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri Mənsur Bədirov və Mübariz Əmiraslanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.