"Oğluma toy edəcəkdim, öldürüb üstümə göndərdilər” – Qətlə yetirilən gəncin anası
    • 6-10-2022, 12:32
    • 346

"Oğluma toy edəcəkdim, öldürüb üstümə göndərdilər” – Qətlə yetirilən gəncin anası

Bu il iyulun 6-da Bakıda fəhlə yoldaşı tərəfindən qətlə yetirilən Əlvan Hüseynovun anası oğlunun 1 nəfər deyil, 7 nəfər tərəfindən öldürüldüyünü bildirib.

News24.az-ın məlumatına görə, mərhumun anası Mərziyə Hüseynova bildirib ki, Sabunçu rayonu Nardaran qəsəbəsindəki fərdi evdə fəhlə işləyən Əlvan Hüseynovu itələyərək öldürdüyünü etiraf edən Vasif Bayramov tək olmayıb: 

“Oğluma toy edəcəkdim, öldürüb üstümə göndərdilər. Əlvan usta, Vasif isə onun yanında fəhlə işləyirdi. Vasif deyir ki, oğlumu itələyib öldürüb, amma yalan deyir. Arxa tərəfdən yaxınlaşaraq oğlumu armaturla vurublar. 7 nəfər birləşib onu döyüb, başının və bədənin yarısı yox idi. Bu qədər xəsarətləri 1 nəfər vura bilməz. Oğlumun qanı yerdə qalmasın”.

Qeyd edək ki, prokurorluq hadisə ilə bağlı CM-in 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə iş açıb. Bildirilib ki, Vasif Bayramov Əlvan Hüseynovu itələyib, sonuncu yerə yıxılaraq başının daşa dəyməsi nəticəsində aldığı xəsarətdən xəstəxanada ölüb. Vasif Bayramov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

Məlumata görə, onların mübahisəsi əməkhaqqını bölüşmək üstündə baş verib.