Ağsuda bacısının sevgilisini ölürən şəxsə cəza verildi
    • 25-05-2022, 10:57
    • 313

Ağsuda bacısının sevgilisini ölürən şəxsə cəza verildi

2015-ci il iyulun 6-da Ağsu rayon sakini S.B-nin qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində 1963-cü il təvəllüdlü Vasif Gülümov (ad və soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adma öldürmə) maddəsi ilə açılmış işə baxılarkən təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəni təsdiq etməyib.

O, bildirib ki, S.B-nin ölümü ilə bağlı heç nə bilmir və onun ölümündən 10-15 gün əvvəl görüb. Bu səbədən məhkəmədə Vasif Gülümovun ibtidai istintaqa verdiyi ifadəsi oxunub. Orada bildirilib ki, Vasif tibb bacısı işləyən bacısı ilə S.B-nin gizli münasibtindən və onların tez-tez görüşərək intim münasibətdə olmasından şübhələnib. V.Gülümov 2015-ci il iyunun 18-də saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb bacısı evinə gedərkən, sonuncunun həyətində S.B-ni oturmuş vəziyyətdə görüb onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gələrək, Sahib Babayevin sifət nahiyəsinə 2 dəfə sillə vurub yerə yıxıb, sonuncunun başının daş hasara dəyərək huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, yaxınlıqda olan sintetik iplə S.B-ni boğub öldürüb. Sonrakı günlərdə isə meyiti sellofona bükərək torbaya salıb Ağsu çayının kənarına aparıb qoyub.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəfail Əliyevin sədrliyi ilə keçirilən prosesin yekununda Vasif Gülümovun 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə hökm edilib.