“Qarabağ” “Olimpiakos”u darmadağın etdi - 3:0 - Yeniləndi
    • 7-10-2022, 00:43
    • 411

“Qarabağ” “Olimpiakos”u darmadağın etdi - 3:0 - Yeniləndi

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III turuna start verilib.

News24.az xəbər verir ki, "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

***

Qarşılaşmaya komandalar aşağıdakı heyətlərlə çıxıb:

“Olimpiakos”: 88. Kostas Tzolakis, 26. Qonsalo Avila, 2. Şimo Vrsaliko, 66. Pape Abu Sisse, 45. Oleq Reabçuk, 8. Pyerr Kunde, 5. Andreas Buxalakis (k), 6. Yans Mvila, 77. Qarri Rodriqes, 18. Hvanq Ui-co, 21. Pep Byel

Baş məşqçi: Miçel Qonsales: 

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 7. Riçard Almeyda, 2. Qara Qarayev (k), 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu

Baş məşqçi: Qurban Qurbanov.

***
Matç başladı.

***
Birinci hissə bitdi.

***

İkinci hissə başladı.

***
“Qarabağ” hesabı açdı.


Kvabena Ovusu 68-ci dəqiqədə “Olimpiakos”un qapısına yol tapır.

***
Marko Veşoviç, 82-ci dəqiqədə hesabı 2:0 edir.

***

Ramil Şeydayev 87-ci dəqiqədə hesabı 3:0 edir.