-
- 7-10-2022, 12:21
- 861
İşlədiyi yerdən zorla maşına oturdub boş həyətə apardılar – Bakıda şok hadisə
Bakıda köşkdə satıcı işləyən 22 yaşlı oğlana qardaşı quldurluq edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində baş verib. Bir neçə gün əvvəl qəsəbə ərazisində yerləşən köşkün yaxınlığına gələn Famil, Rəşad və daha bir nəfər orada satıcı işləyən 2000-ci il təvəllüdlü Elvin Camalovu bıçaqla hədələyərək zorla “Hyundai” markalı avtomobilə oturdublar.
Həmin şəxslər satıcını Maştağa yaxınlığındakı Savalan yaşayış massivinə aparıblar və oradakı boş həyətə salaraq döyüblər. Daha sonra Elvini maşınla həmin köşkə gətirən şəxslər oradakı 30 manat pulu, siqaretləri və enerji içkilərini götürərək uzaqlaşıblar.
E.Camalov başına gətirilənlər barədə polisə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.