Bakıda dəhşətli hadisə:  8 yaşlı uşaq öldü
    • 19-09-2022, 13:14
    • 362

Bakıda dəhşətli hadisə: 8 yaşlı uşaq öldü

Bakıda azyaşlı oğlanın ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində yaşayan 2014-cü il təvəllüdlü Ümid Daşdəmirov evin yaxınlığındakı kanala düşüb. O, boğularaq ölüb. Uşağın meyiti sudan çıxarılıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.