Gəncədə məktəblilərin zəhərlənməsinin səbəbi AÇIQLANDI - YENİLƏNİB
    • 7-10-2022, 15:57
    • 240

Gəncədə məktəblilərin zəhərlənməsinin səbəbi AÇIQLANDI - YENİLƏNİB

Gəncədə şəhər 3 nömrəli tam orta məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi açıqlanıb.

Məktəbdən News24.az-a verilən məlumata görə, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. 

Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilmiş və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.


***

13:19


Oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

Bu barədə News24.az-a TƏBİB-dən məlumat verib.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir.