Bakıda tələbə canına qıydı
    • 7-10-2022, 16:38
    • 239

Bakıda tələbə canına qıydı

Bakıda tələbə intihar edib.

News24.az xəbər verir ki, bu barədə "Azərbaycan universitetləri" öz feysbuk səhifəsində məlumat yayıb.

O, Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb.

Qeyd edək ki, Prezident təqaüdçüsü Şəhriyar Səmədov İqtisad universitetinin tələbəsi olub. O, qəbul imtahanında  684,8 bal toplayıb.

Tələbənin hansı səbəbdən intihar etməsi məlum deyil.