Marselo "Qarabağ"la oyundan danışdı - FOTO
    • 7-10-2022, 17:57
    • 218

Marselo "Qarabağ"la oyundan danışdı - FOTO

“Olimpiakos”un futbolçusu Marselo UEFA Avropa Liqasında debütü və “Qarabağ”la matç barədə danışıb.

News24.az xəbər verir ki, 34 yaşlı müdafiəçi İnstaqram hesabında bu sözləri yazıb:

“5 ay futbol oynamayandan sonra geri qayıtmaq asan deyil. Lakin formama dönəcəm. Bəhanələr söyləməyəcəm. Bu, gözlənilən debütüm olmadı, lakin getdikcə yaxşılaşacağıma əminəm”.

Qeyd edək ki, Marselo 0:3 hesabı ilə başa çatan oyunun 60-cı dəqiqəsində meydana daxil olub.