Bu il narkotiklə əlaqəli cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlanıb
    • 8-10-2022, 17:00
    • 302

Bu il narkotiklə əlaqəli cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlanıb

Narkotiklə əlaqəli 7 344 fakt üzrə 5 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

News24.az -a xəbər verir ki, daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7 344 fakt aşkarlanıb. Bu faktlar üzrə 5 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.

Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 kq psixotrop maddə çıxarılıb.