-
- 10-10-2022, 12:27
- 364
Krım körpüsünü kim partlatdı: Ukrayna, yoxsa...? - Təhlil
Şənbə günü baş verən partlayış nəticəsində Rusiyanı Krım yarımadasına birləşdirən körpüyə ciddi ziyan dəyib. Körpünün avtomobillər üçün olan hissəsində yük maşını partlayıb. Körpüdən keçən və yanacaq daşıyan qatarın 7 vaqonu alışaraq partlayıb. Partlayış nəticəsində körpünün avtomobil yolu hissəsinin iki parçası dağılıb, bir hissə suya düşüb, dəmiryol da zədələnib.
Krım körpüsünün dağıdılması ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin Kerç boğazından keçən nəqliyyat keçidinin mühafizəsi tədbirlərinin gücləndirilməsi haqqında fərman imzalayıb.
Partlayışı kim törədib?
Krım körpüsünün partladılacağına dair müxtəlif versiyalar səsləndirilib. NATO-nun Avropa Ordusunun keçmiş komandanı, general Filip Bridlav bir müddət öncə Kerç boğazından keçən Krım körpüsünə hücum edilə bilcəyini qeyd etmişdi. Hətta general körpüyə ABŞ-ın iyun ayında Ukraynaya tədarük etdiyi “Harpun” gəmi əleyhinə raketləri ilə zərbə endirməyi məsləhət görüb.
Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv də Krım körpüsünün mütləq dağılacağını qeyd etmişdi. Krım körpüsünün Kreml rəhbərliyinin nüvə şantajından və Rusiya Prezidenti Vladimir Putinin 70 illik yubileyində partladılması da diqqət çəkdi.
Çox böyük ehtimalla Krım körpüsündə baş verən partlayış Ukrayna tərəfindən həyata keçirilib.
Körpü Rusiyanın 2014-cü ildə Krımın ilhaq etməsinin əsas simvolu sayılırdı. Körpünün partladılması ilə rəsmi Kiyev Krımın işğaldan azad ediləcəynə eyham vurur. Bunu ukraynalı rəsmilərin açıqlamaları da sübut edir.
Prezident Vladimir Zelenski isə şənbə günü gecə çıxışında hadisəni etiraf edərək deyib ki, “ölkə ərazisində havalar əsasən "günəşli idi". Ondan əvvəl isə hadisəni Ukrayna Prezident aparatı rəhbərinin müşaviri öz Twitter səhifəsində bu paylaşımı edib: "Krım, körpü, başlanğıc. Qanunsuz hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalı, Rusiyanın işğal etdiyi hər şey çıxarılmalıdır".
Bununla belə körpünün Ukrayna tərəfindən təkbaşına və rəsmi Kiyevin öz imkanları daxilində partladıldığını düşünmürəm. Misal üçün Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv “Rusiyanı Krım yarımadası ilə birləşdirən körpü mütləq dağıdılacaq” deyərkən həm də “Ukraynanın hazırda Kerç boğazından keçən Rusiya körpüsünə zərbə endirmək imkanı yoxdur. Bunun üçün Azov dənizinin sahillərinə çox yaxınlaşmaq lazımdır” demişdi.
Partlayışın pərdəarxasında ABŞ var!
Partlayışda ABŞ-ın əlinin olduğu istisna deyil. Aydın məsələdir ki, rəsmi Vaşinqton Ukrayna müharibəsində birbaşa iştirakçı olmasa da pərdəarxasında prosesə aktiv şəkildə müdaxilə edən ölkədir. Özü də bu fəaliyyət təkcə hərbi deyil, həm də siyasi xarakter daşıyır.
Görünən odur ki, körpünün partladılması rəsmi Vaşinqtonun təlimatı və çox güman ki, öz resursları hesabına a reallaşıb. Vaşinqtonun Krım körpüsünün partladılmasından gözləntisi şübhəsiz ki Kremlin taktiki nüvə silahından istifadə etməsidir. Təsadüfi deyil ki, ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu “Rusiya Ukraynanın yaşayış mərkəzlərinə, kritik infrastrukturlarına hücumlarını genişləndirsə və ya Putin Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etsə bu Qərbin sərt reaksiyasına səbəb ola bilər” məlumat paylaşıb.
Göründüyü kimi, rəsmi Vaşinqton indiki halda Rusiya-Ukrayna müharibəsinin uzanmasında maraqlıdır. Bu mənada Krım körpüsünün partladılması kimi hadisələr təkrarlana bilər.
Müəllif: Politoloq Turan Rzayev