Narkotik vasitə daşıyan Şəki sakini SAXLANILDI
    • 10-10-2022, 14:43
    • 160

Narkotik vasitə daşıyan Şəki sakini SAXLANILDI

Şəki Şəhər Ryon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə,keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində  rayon sakini Rüstəm Xəlilov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman 2 kiloqram 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. R.Xəlilov ifadəsində narkotik vasitəni becərdiyi çətənə kollarından əldə etdiyini və satış məqsədilə üzərində daşıdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.