Ağdaş sakinindən narkotik vasitə götürülüb
    • 20-02-2021, 10:44
    • 479

Ağdaş sakinindən narkotik vasitə götürülüb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, şəhər sakini R.Mustafayev şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 465 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.