Bu gün "Ulduz yağışı" baş tutacaq - VİDEO
    • 7-01-2019, 12:35
    • 953

Bu gün "Ulduz yağışı" baş tutacaq - VİDEO

Bu gün iş xanımı Leyla Misirovanın təşkilatçılığı ilə ilin ilk konserti baş tutacaq. 

News24.az xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq konsert “Ulduz yağışı” adlanır. 

Gecədə səhnəyə Azərbaycanın məşhur ifaçıları ilə yanaşı türkiyəli tanınmış müğənni Ravza Esin Kara da çıxacaq. 

Konsertin təşkilatçısı Leyla Misirova təşkil etdiyi ilk təbdir barədə danışarkən həyəcanlı olduğunu bildirib:

“Bu gün təşkilatçılığım ilə ilk konsert baş tutur. Həyəcanlıyam, amma eyni zamanda da axşamki imtahandan üzü ağ çıxacağıma dair içində arxayınlıq var. Çünki yanımda bu işin peşəkarı rejissor Nail Naiboğlu var”. 

Teymur MƏMMƏDOV