İş xanımı Leyla Misirovadan "Ulduz yağışı"
    • 15-12-2018, 13:21
    • 2 059

İş xanımı Leyla Misirovadan "Ulduz yağışı"

Biznes ledi Leyla Misirova şou - biznesə qoşulur.

News24.Az-a açıqlama verən işgüzar xanım artıq konsert təşkilatçılığına başlayıb. Hətta təşkil etdiyi ilk konsert proqramının tarixi artıq bəllidir. Yanvarın 7-i saat 19.00-a təyin olunan konsert Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında reallaşacaq. "Ulduz yağışı" adlanan konsertdə estradamızın bir-neçə tanınan müğənnilərinin çıxışları olacaq. İlahə Nazimqızının aparıcılığı ilə baş tutacaq konsertin rejissoru Nail Naiboğludur. 

Leyla Misirova yeni qatıldığı biznesdə uğur əldə edəcəyinə ümid etdiyini bildirib:

"Şou - biznes sahəsi bir çoxları kimi, mənim də həmişə marağımda olub. Bu səbəbdən ora qatılaraq, konsertlər təşkil etmək qərarına gəldim. İlk işimizin uğurlu alınacağına və ondan sonra mütəmadi olaraq daha da möhtəşəm konsertlər təşkil edə biləcəyimə ümid edirəm. Şou - biznes sahəsində dostlarım var, hansı ki, dəyərli məsləhətləri ilə məni məlumatlandırırlar. Hər birinə təşəkkür edirəm"!

Xatırladaq ki, "Ulduz yağışı" konsertinin biletləri artıq satışdadır. Biletləri paytaxtın bütün kassalarından əldə etmək mümkündür.

News24.Az