Bosniya və Herseqovinada mübahisəli səslər yenidən sayılacaq
    • 10-10-2022, 20:57
    • 391

Bosniya və Herseqovinada mübahisəli səslər yenidən sayılacaq

Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası ölkədəki iki inzibati vahiddən biri olan Serb Respublikasında seçki bülletenlərinin yenidən hesablanmasına qərar verib.

News24.az xəbər verir ki, oktyabrın 2-də Bosniya və Herseqovinada keçirilən ümumi seçkilərdə Serb Respublikası rəhbərliyi uğrunda mübarizə aparan namizədlərin topladığı səslərin yenidən sayılacağı bildirilib. Qeyd olunub ki, seçki qutuları yenidən açılacaq və səslər sayılaraq nəticələr Mərkəzi Seçki Komissiyasının rəsmi internet saytında dərc ediləcək.

Serb Respublikası rəhbərliyinə iddialı iki namizəd - Müstəqil Sosial Demokratlar İttifaqının sədri Milorad Dodik və Demokratik Tərəqqi Partiyasının namizədi Yelena Triviç arasında “biz qalib gəldik” yarışı olub. Seçkidən sonra hər iki partiya öz namizədinin qalib gəldiyi barədə bəyanatlar verib.

Qeyri-rəsmi nəticələrə görə, M.Dodik qalib elan olunub. Lakin müxalifət partiyaları səslərin yenidən sayılması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib, minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib.