Gəncədə 59 yaşlı qadını maşın vurub
    • 11-10-2022, 01:32
    • 223

Gəncədə 59 yaşlı qadını maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili 1963-cü il təvəllüdlü Nahidə Quliyevanı vurub. Piyada xəstəxanaya yerldirilib, vəziyyətinin kafi oldğu bildirilir. Faktla bağlı araşdırma aparılır.