Gəncədə yaşlı qadını maşın vurub.
News24.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1936-cı il təvəllüdlü Zəhra Sərəcovanı vurub.
Hadisəni törədən sürücü xəsarət alan qadını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
22:26