Gəncədə 36 yaşlı kişini maşın vururaq öldürüb
    • 1-10-2022, 22:00
    • 302

Gəncədə 36 yaşlı kişini maşın vururaq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 1986-cü il təvəllüdlü Aslan Aslanovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. /APA/