“Azərbaycan millisi bizimlə eyni səviyyədədir” – Tomas Heberli
    • 11-10-2022, 00:32
    • 361

“Azərbaycan millisi bizimlə eyni səviyyədədir” – Tomas Heberli

Futbol üzrə Estoniya yığmasının baş məşqçisi Tomas Heberli AÇ-2024-ün seçmə mərhələsinin püşkünü dəyərləndirib.

News24.az xəbər verir ki, 48 yaşlı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında qrupdakı rəqiblərindən olan Azərbaycan yığmasından da söz açıb.

“Azərbaycan millisi bizimlə eyni səviyyədə olan komandadır. Əsas odur ki, 4-cü səbətdən Türkiyə və Yunanıstanla düşmədik. Bu iki komandadan başqa, digərləri bizim üçün mükəmməl rəqib olardı”.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.