Timsahın dəfnində izdiham yaşandı
    • 11-10-2022, 11:01
    • 271

Timsahın dəfnində izdiham yaşandı

Hindistanda onilliklər boyu hindu məbədində yaşayan və müqəddəs hesab edilən timsahın dəfn mərasiminə yüzlərlə insan gəlib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, məbədin katibi Ramaçandran Bhat timsah Babianın 80 il ərzində Kerala ştatının cənub əyalətində yerləşən göldə yüksək hörmətə malik Şri Anantapadmanabha Svami məbədini qoruduğunu bildirib. 

Bildirilib ki, timsah Babia heç bir heyvana və ya insana, o cümlədən uşaqlara hücum etmədiyi üçün müqəddəs sayılıb.