Şəhər meri bu səbəbdən heyvanla evləndi
    • 1-07-2022, 16:54
    • 438

Şəhər meri bu səbəbdən heyvanla evləndi

Meksikanın San Pedro Huamelula şəhərinin meri Viktor Hüqo Sousa timsahla evlənib.

News24.az xəbər verir ki, mer bunu bolluq üçün etdiyini deyib.

Toy mərasimində Sousa gəlinlik geyinmiş timsahı qucağına alaraq küçə-küçə gəzdirib, timsahın dodaqlarını öpüb.

Qeyd edək ki, bu Meksikada qədim ənənə hesab olunur. 7 yaşlı "kiçik şahzadə" adlandırılan timsahın təbiət anasını təmsil edən ilahə olduğuna inanılır. Onun vəzifəli şəxslə evlənməsi də insanla müqəddəs təbiət arasında bir bağ hesab olunur.