Üzmək istədi, timsahın hücumuna məruz qaldı
    • 16-05-2022, 13:40
    • 376

Üzmək istədi, timsahın hücumuna məruz qaldı

Üzmək üçün şəlalənin yaxınlığında suya girən 40 yaşlı kişiyə timsah hücum edib. 

News24.az "TRT Haber"' istinadən xəbər verir ki, hadisə Avstraliyanın Kvinslend ştatında baş verib. 

Timsahın hücumuna məruz qalan şəxs qolundan və ayağından xəsarət alıb.

Yırtıcı heyvanla mübarizə aparan 40 yaşlı kişini xilasetmə qüvvələri xəstəxanaya çatdırıblar.