-
- 11-10-2022, 14:37
- 260
Bakıda ad günü məclisində dəhşətli cinayət: 21 manata görə ürəyindən bıçaqladı
Bakıda qətl törətməkdə təqsirləndirilən Rabil Qasımova hökm oxunub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.
News24.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hadisə bu il aprelin 4-ü saat 23 radələrində paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında qeydə alınıb. 1984-cü il təvəllüdlü Rabil Qasımov tanışı, 1982-ci il təvəllüdlü Bəhruz Quliyevi aralarında yaranan mübahisə zamanı bıçaqlayaraq qətlə yetirib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Rabil və Bəhruz Nəsimi rayonu ərazisindəki kafedə dostlarının ad günündə iştirak ediblər. Doğum günü məclisindən sonra onlar arasında mübahisə yaranıb. Mübahisəyə onlar arasındakı pul söhbəti səbəb olub.
Belə ki, Bəhruzun Rabilə 21 manat borcu olub və o, həmin borcu hadisədən 1 gün əvvəl ona qaytarıb. Məclisdə spirtli işki içən Rabil pulu gec qaytardığı üçün Bəhruza iradını bildirib. Bu zaman onların arasında bərk mübahisə yaranıb. daha sonra Rabil yaxınlıqdakı “Hyundai Sonata” markalı avtomobildən bıçaq götürərək geri qayıdıb və Bəhruzun ürək nahiyəsinə ağır xəsarət yetirib.
Yaxınlıqdakı şəxslər təcili tibbi yardım çağırsa da, Bəhruzu xilas etmək mümkün olmayıb.