Dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu
    • 17-02-2022, 18:08
    • 554

Dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda dostunu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Aleşkinə hökm oxunub və o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci lin avqustunda Səbail rayonu, E.Əzimov 30A ünvanında baş verib.

İttihama görə, R.Aleşkin özü kimi içki düşkünü olan dostları - Marat Həmidov və Eldar Qurbanovla birlikdə spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə Eldarın söyüş söyməsini bəhanə edərək əvvəlcə yumruqla, daha sonra isə təpiklə onu möhkəm döyüb. Döyülmə nəticəsində ağır xəsarətlər alan E.Qurbanov hadisə yerində ölüb.

R.Aleşkinə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.