Ukrayna 32 hərbçisini əsirlikdən azad etdi
    • 11-10-2022, 20:54
    • 269

Ukrayna 32 hərbçisini əsirlikdən azad etdi

Bu gün Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutub.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Onun sözlərinə görə, Rusiya daha 32 ukraynalı hərbçini sərbəst buraxıb, eyni zamanda, müharibəyə könüllü gedən İsrail vətəndaşı Dmitri Fialkanın isə meyiti qaytarılıb.