"Range Rover”lə “Kia” toqquşdu - Maşındakı 40 min dollar oğurlandı - VİDEO
    • 12-10-2022, 11:33
    • 381

"Range Rover”lə “Kia” toqquşdu - Maşındakı 40 min dollar oğurlandı - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda avtomobildən 40 min dollar pul oğurlanıb.

News24.az "Trend"-ə istinadən bildirir ki, 40 min dollar pul qəzaya düşən maşından oğurlanıb.

Belə ki, oktyabrın 8-də Sabunçu rayonu, Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Range Rover” və “Kia” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "Kia"da olan iki nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəza zamanı “Kia”da 40 min dollar pul da olub. Hadisə baş verən vaxt kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov “Kia”da olan pulu görüblər. Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb. Şübhəli şəxslər bu zaman “Kia”nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəza edən şəxslərin yaxın qohumu kimi təqdim ediblər.

Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.