Ərdoğan Qazaxıstana səfərə gedib - Putinlə də görüşəcək
    • 12-10-2022, 12:18
    • 230

Ərdoğan Qazaxıstana səfərə gedib - Putinlə də görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanaya səfərə yollanıb.

News24.az xəbər verir ki, Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi və digər rəsmi şəxslər müşayiət edir.

Türkiyə lideri bu səfər çərçivəsində ölkə Prezidenti Kasım-Jomart Tokayev, eləcə də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.