Moskvada terrora hazırlaşan Ukrayna agenti SAXLANILDI
    • 12-10-2022, 13:05
    • 260

Moskvada terrora hazırlaşan Ukrayna agenti SAXLANILDI

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva vilayətində İqla MANPADS-dən istifadə etməklə terror aktları hazırlayan Ukrayna Təhlükəsizlik Xidmətinin agentini saxlayıblar.
 
News24.az xəbər verir ki, 1972-ci il təvəllüdlü saxlanılan şəxs Moskva vilayətində təxribat törətməyi planlaşdırırmış.
 
Məlumata görə, o, terror aktı törətmək üçün Kiyevdən Rusiyaya Estoniyadan tranzit yolu ilə iki ədəd “İqla” portativ zenit-raket kompleksini gətirib.
 
Axtarışlar zamanı şübhəli şəxsdən silah-sursat və rabitə vasitələri götürülüb. O, dindirilmə zamanı əməlini etiraf edib.
 
Faktla bağlı mütəşəkkil dəstə tərəfindən qanunsuz silah əldə etmə, ötürmə, satma və saxlama maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsinin 4-cü hissəsi) cinayət işi başlanılıb, araşdırma aparılır. /Modern.az/