-
- 12-10-2022, 17:43
- 429
Kirayə mənzil axtaranlara xəbər var - VİDEO
Payız ayları daha çox kirayə mənzillərin bahalığı ilə yadda qalır. Elə bu il də, xüsusən sentyabr və oktyabr aylarında qiymətlər xeyli artıb. Sakinlər deyirlər ki, bir neçə ay öncə 1 otaqlı mənzilləri 250-300 manata tapmaq mümkün olurdusa, hazırda bu qiymətlər 350-400 manatdan başlayır. Üstəlik həm mənzil tapmaq çətindir, həm də bahalıq hər gün müşahidə edilməkdədir. Necə deyərlər qiymətlər atlı olub, kirayə mənzil axtaranlar isə piyada.
News24.az "Xəzər Xəbər"-ə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, kirayə mənzillərdəki qiymət artımının müxtəlif səbəbləri var. Amma əsas təsir Rusiyadan və Ukrayndan həmvətənlərimizin, eləcə də həmin ölkələrin vətəndaşlarının gəlişinin çoxalmasıdır.
Əmlak eksperti bildirir ki, yeni tikilən binalarda kirayə qiymətləri daha çox artıb. Onun fikrincə buna səbəb həmin mənzillərin köhnələrlə müqaisədə daha geniş olmaları, infrastrukturun əlçatanlığıdır.
Ramil Qasımzadə deyir ki, hazırda Rusiya və Ukraynadan gələn şəxslərin bir çoxu gözləmə mövqeyindədirlər. Yəni geri qayıdıb-qayıtmayacaqları bilinmir. Ekspert deyir ki, müharibə uzanaraq böhran vəziyyəti alarsa, ölkəmizdə qalmaq istəyənlərin sayı çoxalacaq ki, bu da ilk növbədə kirayə mənzil qiymətlərinə xeyli təsir edəcək.