-
- 24-03-2021, 17:45
- 901
“Hazırda ev almaq ÇOX SƏRFƏLİDİR” – Ekspert/MÜSAHİBƏ
“Hazırda mənzil almaq çox sərfəlidir. Qiymətlərin bundan da aşağı enməsini gözləmirəm”.
Bu fikirləri News24.az-a müsahibəsində mənzil bazarındakı son vəziyyəti təhlil edən əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.
Ekspertlə müsahibəni təqdim edirik.
- İlkin mənzil bazarında vəziyyət necədir?
- Ümumən əmlak bazarında qiymətlərdə dəyişiklik olub. Bahalaşmanın tədricən reallaşdığını görürük. Təxminən 2-3 faiz bahalaşma olmasına baxmayaraq, ötən illə müqayisədə 7-8 faiz qiymət dəyişikliyi var.
İlkin mənzil bazarında yeni tikili təmirsiz binalarda kvadratı min manatdan başlayaraq, iki min beş yüz manata qədər qiymət dəyişir. Paytaxtın bir qədər kənar rayonları – Qaradağ, Sabunçu və Suraxanıda olan qiymətlər ən minimum səviyyədədir. Təxminən səkkiz yüz min manat civarındadır. Bir qədər mərkəzə gəlsək, Nizami, Xətayi rayonlarında qiymətlər 1 200, 1 500 manat arasında dəyişir. Nərimanov, Nəsimi, Səbail rayonunda isə qiymətlər ortalama 1500-2500 manatdır. Paytaxtda təmirli olan tikililərdə isə qiymətlər təxminən minimum 1 200 manat, maksimum 3 000 – 3 500 arası dəyişir.
- Təkrar mənzil bazarında qiymətlər nə yerdədir?
-Təkrar mənzil bazarında qiymətlər daha çox artıb. “Leninqrad” layihəli binalarda olan mənzillərin qiyməti keçən illə müqayisədə 10 faizə qədər dəyişib. Məsələn, keçən il üçotqalı mənzil 90 min manata tapa bilirdiksə, bu il 100 min və üzərindədir. Yeni tikili binalarda kvadrat metr üzrə sahəyə görə kommunal xidmət haqqları və ya digər parametrlər üzrə razı qalmayanlar köhnə mənzil bazarına üz tuturlar. İpotekaya yararlı mənzillər daha çox köhnə tikililərdə sərfəli qiymətə tapıldığı üçün vətəndaşlarımız bundan faydalanır. Yeni tikililərdə qiymətlər yüksəkdir. İpotekaya yararlı mənzilləri köhnə mənzil bazarında təxminən 150 min manata qədər tapmaq olar. İpotekaya yararlı olmayan və likvid olaraq alınıb-satılan – “Xruşşov”, “Stalin” layihəli binalara da təsir göstərir. Əvvəlki illə müqayisə etsək, onlarda da təxminən 7-8 faiz qiymət dəyişkliyi var. Ancaq ilin əvvəli ilə müqayisə etsək, bu rəqəm təxminən 2-3 faiz ətrafındadır. Bu gün Xruşşov layihəli binalardakı mənzillərin qiyməti birotaqlılar üçün minimum 45 min (ötən il 40 min), ikiotaqlılar üçün 70 min (keçən il 65 min), üçotqalılar üçün isə 85 min (əvvəlki il 75-80 min) manatdan yuxarı olaraq başlayır.
“Xruşşov” tipli binalar pilot layihələr çərçivəsində söküldüyündən onlarda tədricən azalmalar baş verir. Əvvəlki illərlə müqayisədə azalma tempi sürətli deyil. Ancaq tendensiya bunu göstərir ki, yaxın illərdə onların da söküntüsü sürətlənəcək və yeni tikililərlə əvəzlənəcək. İnsanlar həm də müəyyən qədər fayda qazanmaq üçün yeni tikililərin baha olması səbəbindən bəzən beşmərtəbəli “Xruşşov” layihəli binalara üz tuturlar ki, gələcəkdə söküləndə, yeni tikililərdən ala bilsinlər. Pilot layihələr çərçivəsində sökülən evlərə 20 faiz artıqlaması ilə yeni tikili evlər təklif olunur.
- Bəs, kirayə mənzil bazarında vəziyyət necədir? Qiymətlər, bazara təsir edən faktorlar və s.
- Bu il kirayə mənzil bazarında qiymətlər stabildir. Bu isə pandemiyanın təsirləri ilə bağlıdır. Ən böyük təsirlərdən biri turist axınının olmamasıdır. Əvvəllər gündəlik olaraq təklif olunan mənzillər artıq aylıq təklif edilir. Ötən illər ərzində baha qiymətə təklif olunan kirayə mənzillərin dəyəri bu gün demək olar ki, iki dəfədən artıq enib. Əvvəllər 2 500 manata təklif olunan kirayə mənzillər hazırda 1 000 manatadır. Amma bazarda likvid olan evlər az otaqları olan və köhnə binalardır. Qiymətlər isə 200 -700 manat arası dəyişir. Bazarda tələbat daha çox bu evlərədir. Birotaqlılar təxminən 200-250 manat, ikiotaqlılar 300-350 manat, üçotaqlılar isə 400 və daha yuxarı qiymətə təklif edilir. Pandemiyanın başladığı dövrü götürsək, qiymətlərdə təxminən 10 faiz dəyişiklik olub. Ötən il 200 manata təklif olunan kirayə mənzillər hazırda 250 manatadır. Amma qeyd edim ki, bu rəqəmlər iki il əvvəlki qiymətlərdən çox aşağıdır. Əvvəllər 300 manata təklif olunan mənzillər hazırda 250 manata, 500 manatlıq mənzillər isə 400 manata təklif olunur. Zənnimcə, pandemiya aradan qalxdıqdan sonra qiymətlərin artımını müşahidə edəcəyik.
- Hazırda mənzil almaq sərfəlidirmi?
- Hazırda mənzil almaq çox sərfəlidir. Vacib seqment olan torpaq bazarının qiymətlərində əhəmiyyətli dəyişikliyi müşahidə edirik. Torpaqların qiymətləri artmaqdadır. Hətta pandemiya olmasına baxmayaraq, paytaxtın torpaq bazarında qiymətlər yüksəlib. Qiymətlərin artmasına ən böyük təkan verən səbəb torpaq sahələrinin qıt olmasıdır. Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yeni binaların tikintisi ilə bağlı tələblərdə dəyişiklik oldu. Bu dəyişikliyə görə artıq binaların tikintisi üçün daha çox torpaq sahəsi – bir mərtəbəli binanın tikintisi üçün təxminən 40 sota yaxın yer tələb olunur. Bu isə daha geniş torpaq sahələri əldə etmək istəyən sahibkarların qarşısına mühüm şərtlərdən biri kimi qoyulur. Şəhərdə isə torpaq sahələri tapmaq müşkül məsələyə çevrilib. Təkliflər 1 sotu 20 min manatdan 350 min manat arasında dəyişir. Əsasən Xətayi, Nizami, Nərimanov, Səbayil rayonlarında boş topraq sahəsini tapmaq çox çətindir. Əvvəllər Nərimanov rayonunda 200-250 min manata torpaq sahəsi almaq mümkün olurdusa, artıq bu, mümkün deyil. Yeni tikili binalarda da qiymət artımını görəcəyik.
- Kirayə, ilkin və təkrar mənzil bazarı ilə bağlı proqnoz necədir?
- Əgər pandemiya davam edəsə, fərdi yaşayış evlərinin ötən ilki qiymətləri ilə müqayisədə bahalaşma müşahidə edəcəyik. Xüsusilə, bağ evlərini vurğulamaq istərdim. Yumşalmalar olduğu halda kirayə qiymətlərində dəyişiklik qaçılmazdır. İş oyektlərinin tam bərpası qiymətlərdə artıma səbəb olacaq. Qiymətlərin bundan da aşağı enməsini gözləmirəm. Çünki müharibədən çıxmış ölkəyik. Müharibə aparan ölkə olmağımıza baxmayaraq, əmlakın qiymətləri çox dəyər itirmədi.
Ənənəvi dərslər bərpa olunacağı təqdirdə, tələbələrin Bakıya gəlməsi səbəbindən kirayə qiymətlərinin artımı şübhəsizdir.