Prezident: Ermənistan siyasi iradə nümayiş etdirsə, tezliklə sülh müqaviləsi imzalana bilər
    • 12-10-2022, 20:15
    • 469

Prezident: Ermənistan siyasi iradə nümayiş etdirsə, tezliklə sülh müqaviləsi imzalana bilər

Əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsi imzalana bilər.

News24.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Astanada Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşdə bildirib.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə ölkəmizin təkliflərini diqqətə çatdırıb.