“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarılıb
    • 13-10-2022, 13:15
    • 276

“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyununa əlavə biletlər satışa çıxarılıb

News24.az "Trend"-ə istinadən bildirir ki, buna qonaq komandanın azarkeşlərinin matça gəlməməsi səbəb olub.

Klublar arasında əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, Iticket.az-ın satış məntəqələrində (iticket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopunda, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır.

Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. Kassalar saat 17:00-adək fəaliyyət göstərəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu "Qarabağ" - "Olimpiakos" görüşü bu gün saat 20:45-də başlayacaq.