Suriya hərbçilərinə bombalı hücum: 18 ölü, 27 yaralı
    • 14-10-2022, 00:32
    • 308

Suriya hərbçilərinə bombalı hücum: 18 ölü, 27 yaralı

Dəməşqin yaxınlığında Suriya ordusu əsgərlərini daşıyan avtobusa bombalı hücum nəticəsində azı 18 hərbçi həlak olub, 27 nəfər yaralanıb.

News24.az SANA agentliyinə istinadla xəbər verir ki, Suriya rəsmiləri bu terror aktının İŞİD-in silahlı qruplaşması tərəfindən törədildiyini bildirib. Bu ilin iyununda da həmin terror təşkilatının silahlıları Raqqa şəhərində 13 suriyalı əsgəri qətlə yetirmişdi.

Suriyanın İnsan Haqları Şurasının məlumatına görə, vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada 500 mindən çox insan ölüb. Bundan başqa, 22 milyon nəfərlik əhalinin yarısı ölkəni tək etməyə məcbur olub.