-
- 14-10-2022, 13:16
- 299
Putin Makronla nə vaxt danışacaq? - Peskovdan AÇIQLAMA
Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında söhbətin tarixi hələlik açıqlanmayıb.
News24.az xəbər verir ki, bunu “Ria Novosti”yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Cümə günü Putin Fransa prezidentinin Rusiyanın Qarabağ münaqişəsindəki rolu ilə bağlı açıqlamalarını yanlış adlandırıb və qeyd edib ki, əgər mümkünsə, fransalı həmkarı ilə bu məsələni müzakirə edəcək.
Peskov Makronla söhbətin nə vaxt baş tuta biləcəyi və bunun artıq planda olub-olmaması barədə suala cavab verərkən “hələ yox” deyib.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron "France 2" telekanalına müsahibə verərək, Ermənistan-Azərbaycan münaqişəsinə toxunub. Fransa lideri xüsusilə bəyan edib ki, “Rusiya bu münaqişədən sui-istifadə edərək, işə qarışıb və Türkiyənin şərikliyi ilə açıq-aydın Azərbaycanın tərəfini tutub, sonra da Ermənistanı zəiflətmək üçün ora qayıdıb./Modern.az/