-
- 14-10-2022, 14:40
- 679
"Makron erməni lobbisinin əlində OYUNCAĞA ÇEVRİLİB" - ŞƏRH
“Fransa Prezidenti Emmanuel Makron erməni lobbisi və diasporunun əlində oyuncağa çevrilib. Bunu onun son açıqlamaları da sübut edir. Misal üçün Makron Azərbaycanı Ermənistan ərazilərini işğalda günahlandırır. Sual olunmalıdır ki, Azərbaycan Ermənistanın konkret hansı ərazilərini işğal edib?”
Bunu News24.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O bildirib ki, başda Makron olmaqla əksər fransız siyasətçi erməni lobbisinin güclü təsiri altındadır və Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edirlər: “Prinsip etibarilə 30 illik “vasitəçilik” dövründə ATƏT MQ-nin həmsədri kimi Fransa Ermənistanın yanında olduğunu nümayiş etdirib və problemin Ermənistanın maraqları çərçivəsində həll edilməsi üçün əlindən gələni edib.
Bu gün də Parisin bu mövqeyində heç bir dəyişiklik yoxdur. Rəsmi Paris “status” kimi artıq gündəmdə olmayan məsələləri qabardır, ciddi cəhdlə danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını icra etməyə cəhd göstərir”.
Politoloq əlavə edib ki, qatı ermənipərəst siyasət yürüdən Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz: “Xüsusilə də Fransanın Brüssel formatına qoşulmasına və vasitəçilik missiyasını icra etməsinə izin vermək olmaz. Çünki son proseslər həm də onu göstərir ki, rəsmi Paris Brüssel formatını mənimsəməyə və öz əlinə keçirməyə çalışır.
Fransa özü də bir sıra ölkələrdə soyqırım siyasəti həyata keçirib. Parisin müsəlman ölkələrinə qarşı qərəzli mövqeyi, müsəlmanlara qarşı dini və irqi ayrı-seçkiliyi, habelə Azərbaycan və Türkiyəyə qarşı qərəzli siyasəti hamıya məlum həqiqətlərdir.
Fransa ermənipərəstdir. Fransanın oldugu yerdə Azərbaycan olmamalıdır. Hakimiyyət Fransanın iştirakı ilə keçirilən bütün görüşlərdən imtina etməlidir!”