“Rusiya nüvə silahı tətbiq etsə, cavab verməyəcəyik” - Makron
    • 13-10-2022, 20:15
    • 361

“Rusiya nüvə silahı tətbiq etsə, cavab verməyəcəyik” - Makron

“Rusiya Ukraynaya qarşı nüvə silahı tətbiq etsə, Fransa ona qarşı nüvə silahından istifadə etməyəcək. Bu, Fransanın nüvə doktrinasının müddəalarına uyğun gəlmir”.

 News24.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Doktrinamız xalqımızın fundamental maraqlarına əsaslanır və bunlar çox aydın şəkildə müəyyən edilib. Bu, təmkin siyasətidir”, - prezident söyləyib.

Jurnalist bunun Parisin Moskvaya nüvə cavabı verməyəcəyi anlamına gəlib-gəlmədiyini soruşub, Makron cavab verib ki, bu aydındır.