“El-Klassiko”da “Real”ın qapısını o qoruyacaq
    • 14-10-2022, 22:27
    • 219

“El-Klassiko”da “Real”ın qapısını o qoruyacaq

"Real"ın qapıçısı Tibo Kurtua La Liqanın 9-cu turunda "Barselona" ilə görüşü də buraxacaq.

News24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 30 yaşlı qolkiper zədəsini tam sağaltmayıb. Ona görə də Kurtua "El-Klassiko"da iştirak etməyəcək. Bu səbəbdən "Barselona" ilə görüşdə Madrid təmsilçisinin qapısını Andrey Lunin qoruyacaq.


"Real"ın tibbi heyəti Kurtuanın sağalmasına diqqətlə yanaşmaq və onu komandaya qoşulmaq üçün məcbur etməmək qərarına gəlib. Lunin "Barselona" ilə oyunda Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Şaxtyor"la matçda (1:1) olduğu kimi Kurtuanın əvəzinə qapıda dayanacaq.

Xatırladaq ki, oktyabrın 16-da “Santyaqo Bernabeu” stadionunda keçiriləcək "Real" - "Barselona" qarşılaşması Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. Kataloniya təmsilçisi hazırda turnir cədvəlində 22 xalla 1-ci, eyni xalı olan "kral klubu" isə 2-cidir.