Ermənilərin törətdiyi terrordan 27 il ötür
    • 8-01-2019, 12:16
    • 1 096

Ermənilərin törətdiyi terrordan 27 il ötür

İşğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Bu faktlar sübut edir ki, Ermənistan terrorçu dövlətdir.

News24.az xəbər verir ki, ermənilərin törətdiyi daha bir terror aktından 27 il ötür. 

İşğalçı ölkə nümayəndələrinin 8 yanvar 1992-ci ildə Türkmənistandan "Krasnovodsk-Bakı" marşrutu ilə hərəkət edən dəniz bərəsində törətdiyi terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.