-
- 8-01-2019, 12:30
- 718
Ankarada Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb
Ankarada Rusiyanın Türkiyədəki sabiq səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb.
Bu barədə TASS agentliyi xəbər verib.
Hakim bəzi şübhəlilərin ölkə xaricində olduğunu, ona görə də bu gün məhkəmə qarşısına çıxmayacaqlarını bildirib. Müttəhimlər kürsüsündə ümumilikdə 18 nəfər əyləşib. Onlardan 4-ü həbsxanada olduğundan məhkəməyə videoəlaqə ilə qoşulub.
Daha əvvəl Ankara prokurorluğu paytaxtın Ağır Cinayətlər üzrə İkinci Məhkəməsinə ittiham aktı göndərib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb. Hücumçu edən polis məmuru Mevlut Mert Altıntaş isə polis tərəfindən məhv edilib.
//Report