Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi ilə bağlı materiallar məhkəməyə göndərilib - VİDEO
    • 23-11-2018, 17:13
    • 857

Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi ilə bağlı materiallar məhkəməyə göndərilib - VİDEO

Türkiyə Baş Prokurorluğu Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı materialları məhkəməyə göndərib.

Türkiyə KİV-i xəbər verir ki, sözügedən məsələ ilə bağlı istintaq altındakı 28 şübhəli arasında FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin də adı var.
Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada Rusiya fotosərgisinin açılışı zamanı mühafizəçi qismində salona gələn Mövlüd Mərd Altıntaş adlı bir nəfər tərəfindən odlu silahla qətlə yetirilmişdi. O, dərhal polis tərəfindən öldürülmüşdü.

//Report