Tehran həbsxanasındakı yanğında 8 nəfər yaralanıb - VİDEO
    • 16-10-2022, 10:25
    • 213

Tehran həbsxanasındakı yanğında 8 nəfər yaralanıb - VİDEO

İranın paytaxtı Tehranın “Evin” həbsxanasında baş verən yanğında 8 nəfər yaralanıb.

News24.az "oxu.az"a istinadən xəbər verir ki, olayda ölən olmayıb.

Həbsxanada siyasi məhbuslarla yanaşı, əcnəbilər və ikili vətəndaşlığı olanlar da var.

Yerli dövlət KİV isə qeyd edib ki, həbsxanada vəziyyət nəzarət altına alınıb.