Bakıda kafedə bıçaqlanma - 20 yaşlı oğlanın vəziyyəti yaxşı deyil
    • 16-10-2022, 13:18
    • 320

Bakıda kafedə bıçaqlanma - 20 yaşlı oğlanın vəziyyəti yaxşı deyil

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

News24.az "APA"-ya istinadən bildirir ki, hadisə Moskva prospektində kafelərin birində baş verib.

Belə ki, kafedə düşən dava zamanı 2002-ci il təvəllüdlü Osmanov Murad Rahim oğlunun bədəninə bir neçə bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.