Binəqədidə oğurluq əməlini törətmiş şəxs tutulub
    • 17-10-2022, 12:08
    • 173

Binəqədidə oğurluq əməlini törətmiş şəxs tutulub

Binəqədidə oğurluq əməlini törətmiş şəxs tutulub.

Bu haqda News24.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 17 oktyabr tarixində xəbər verir.

Biləcəri qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Əliyevanın çantasından 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Nəzərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.