"Ermənistan sərhədə artilleriya qurğuları cəmləşdirir" - Müdafiə Nazirlyindən XƏBƏRDARLIQ:
    • 17-10-2022, 13:08
    • 236

"Ermənistan sərhədə artilleriya qurğuları cəmləşdirir" - Müdafiə Nazirlyindən XƏBƏRDARLIQ:

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə News24.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.