-
- 18-10-2022, 01:34
- 296
Liz Trass etdiyi səhvlərə görə üzr istəyib
Böyük Britaniyanın Baş naziri Liz Trass vəzifədə olduğu ilk bir neçə həftədə etdiyi səhvlərə görə üzr istəyib.
Nazir bu səhvləri düzəltdiyini deyib: “Bu səhvlərə görə üzr istəyirəm. Lakin mən bu səhvləri düzəltdim. Mən yeni maliyyə naziri təyin etdim, biz iqtisadi sabitliyi bərpa etdik”, - deyə, Liz Trass açıqlayıb.
Baş nazir bildirib ki, indi müəyyən layihələri ictimaiyyətə təqdim etməyin vaxtıdır.
Qeyd edək ki, ötən ay Liz Trass və keçmiş maliyyə naziri Kuasi Kuartenq büdcədə vergi endirimləri ilə bağlı qərarları ictimaiyyətə açıqlasa da daha sonra bunlardan bəziləri ləğv edilib.
Maliyyə naziri Kuasi Kuartenq istefa verdikdən sonra Liz Trass Ceremi Hantı yeni maliyyə naziri təyin edib. /APA/