Üç rayonda ağacların qanunsuz kəsildiyi aşkarlandı
    • 18-10-2022, 11:16
    • 168

Üç rayonda ağacların qanunsuz kəsildiyi aşkarlandı

Üç rayonda ağacların qanunsuz kəsildiyi aşkarlanıb.

Bu barədə News24.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmət tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Ağcabədi, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi, zədələndiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov qeyd edib ki, araşdırma zamanı təbiətə ümumilikdə 38970 manat məbləğində ziyan dəydiyi məlum olub: “Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.